Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4992
az

Sərhəddəki qəzada ölən çavuşun adı açıqlandı - 2 nəfər də xəsarət alıb

11:4404 Sentyabr, 2018
1008
SİYASƏT
  • A
 Dövlət Sərhəd Xidməti  Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində baş verənlərlə yeni məlumat yayıb.

Oxu24.com  xəbər verir ki, dünən saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycandan Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü GR vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırmış və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat etmiş, hadisə zamanı 1 ədəd minik avtomobili əzilmiş və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.
Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılmış və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədər­ləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu