Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49858
az

Fəxrəddin Manafova AĞIR İTKİ

11:3403 Mart, 2021
1227
ŞOU-BİZNES
  • A

Xalq artisti Fəxrəddin Manafova ağır itki üz verib.

Oxu24.com xəbər verir ki, sənətçinin həyat yoldaşı Vahidə Sadıqova rəhmətə gedib. Bu barədə tanınmış aparıcı Hacı Nuran "İnstagram" hesabında məlumat yayıb. O, foto paylaşaraq:

"Mən bu həyatda çox sevgilər gördüm ... Amma onlarınkı kimisinə heç rast gəlmədim ... Mən bu həyatda çox qadınlar gördüm. Amma onun kimi həyat yoldaşına bağlı olanını görmədim ... Mən bu həyatda çox kişilər gördüm, amma onun kimi qadınını sevən, ona heyran olan çox az kişi gördüm ... O iki insan mənə doğmam qədər əzizdir. Ən ləziz tikələrini mənim ilə bölən, ən son qəpiklərini əsirgəməyən cütlükdü onlar ... Söhbətin Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Manaf oğlu Manafov və onun ömür-gün yoldaşı - mənim ikinci anam - Vahidə Sadıqovadan (28.06.1956 - 03.03.2021) getdiyini bildiniz yəqin ki ... Bu gecə 65 yaşlı Vahidə xanımı keçirtdiyi çox ağır xəstəlikdən itirdik... Deyirlər, qadından yaş soruşmazlar ... O, isə heç vaxt yaşını gizlətmədi ... Qürurla, fəxrlə qeyd etdi ... Bu gün biz Vahidə xanımı itirdik... Özü də adı kimi vahid insandır, bənzərsizdir ... Bənzərsiz olmasaydı Fəxrəddin Manafov kimi sənətkarı özünə bənd edə bilərdimi? ... Əlbəttə, yox ... Mənim üçün əziz, dəyərli olan insan, anam qədər doğma qadın... Ruhun şad olsun" sözlərini yazıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mətanət İsgəndərli ötən gün vəfat edən qardaşından yazdı - FOTO
Çingiz Mustafayevin toyu olacaq
Mehriban Xanlarovanın 24 kvadrat metrdəki həyatı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO