Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49837
az

Bakıda yeznə və qayından iyrənc hərəkət: Yaşlı qadını evində... (VİDEO)

22:5602 Mart, 2021
5520
OXU24 TV
  • A

Abşeronda bir müddət əvvəl ahıl qadının təqaüdünü oğurlayan şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsinə daxil olan məlumat əsasında Saray qəsəbəsi ərazisində vətəndaş Xatirə Zamanovaya qarşı soyğunçuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Saray qəsəbəsində  yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına köməklik etmək məqsədi ilə çirkin əməllərini həyata keçiriblər.

Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə birgə oradan qaçıblar. Rayon Polis İdarəsi əməkdaşları çox keçmədən onların izinə düşərək saxlamağa müvəffəq olub.

İstintaq zamanı oda məlum olub ki, 24 yaşlı Rahim Səlimzadə eyni üsulla Abşeron rayonun digər ərazilərində də cinayət əməlləri törədib.

Qeyd edək ki, saxlanılan şəxslər yeznə və qayındır.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı