Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4982
az

“İt olan evə mələk girməz” hədisində əsas məqsəd nədir?

20:3203 Sentyabr, 2018
1881
MANŞET
  • A
Quranın zahiri tərcüməsi ilə kifayətlənib hədis və təfsirə arxa çevirən və beləliklə bir çox mövzularda həqiqəti görə bilməyən bir qism insanlar mövcuddur

Bəzən bu şəxslərə tərcümə ilə təfsir arasındakı fərqi belə anlatmaq olmur. Filan ayənin təfsirinə baxın deyildikdə həmin ayənin tərcüməsinə baxan və bu ikisi arasındakı fərqi anlamayanlar hədis mövzusunda da bir sıra anlaşılmazlığa düçar olurlar.
Daha çox əxlaq kitablarında rastlaşdığımız bir hədisin mətninə nəzər salaq:
Hədis: "İt olan evə mələk girməz."

Oxu24.com islaminsesi.info-ya istinadən bildirir ki, bu hədisin zahirini nəzərə alsaq belə anlaşılır ki, ümumiyyətlə bu heyvanla əlaqəni kəsməli və onu həyatımızdan xaric etməliyik. Əvvəla bunu qeyd edək ki, iti Yaradan Allah onu da bihudə yaratmamışdır. Onu da insanlara xidmətçi vermiş, insanlar yatarkən onların evinə, mal-qarasına, toyuq cücəsinə digər yırtıcı heyvanların yaxın durmasına imkan vermir. Gündüzlər belə çobanlarla birgə çöllərə gedir və sürüyə oluna biləcək hücumların qarşısını alır. Bu hələ gözümüzlə müşahidə edə bildiklərimizdir.
Yuxarıda qeyd etdiyimiz hədisin zahirinə baxıb itdən imtina edən və nəticədə heyvanları, mal-qarası yırtıcı heyvanlara yem olan bu zahirpərəstlər sonra da ah-fəğan edib şikayətlənirlər.
Elə isə hədisin əsl mənası nədir? Allah Rəsulu (s) nə demək istəyirdi?
Bunu anlamaq üçün hədis mütləq təfsir olunamlıdır. Diqqət edin TƏFSİR deyirəm, TƏRCÜMƏ yox.
Hədis təfsir olunduqda tam fərqli bir məna ilə qarşı-qarşıya oluruq. Sən demə peyğəmbər (s) əslində belə deyirmiş: "Günah olan qəlbə mələk - nur daxil ola bilməz, girməz."
Deməli hədisdə "it"də məqsəd günah, "ev"də məqsəd isə qəlb, "mələk"də məqsəd nur imiş.
Təfsirin önəm və əhəmiyyətini həmçinin tərcümə ilə nə qədər fərqli olduğunu bir daha müşahidə etmək üçün bir ayəyə də nəzər salaq.
Bəqərə 187-ci ayəsində olan bu hissəyə diqqət edək: ... "ağ sap qara sapdan seçilincəyə qədər yeyin için..."

Ayənin zahirinə baxdıqda söhbətin ağ və qara sapdan getdiyi anlaşılır. Amma həqiqətdə "ağ sap və qara sap" tam fərqli mənanı ifadə edir. Əziz İslam peyğəmbərinin bu ayəyə verdiyi təfsirə nəzər salaq.
Ədi ibni Hatəm peyğəmbərin (s) yanına gəlib deyir: "Mən sübhün açıldığını bilmək üçün bir ağ sapla qara sapı götürüb, onlara baxdım." Allah Rəsulu (s) onun sözlərini eşitdikdə gülümsəyib buyurdu: "Ey Hatəmin oğlu! Ağ sap və qara sap dedikdə üfüqdəki ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.Sübhün ağlığının görünməsi orucun başlanmasını bildirir." (Məcməul-Bəyan, "Bəqərə" surəsinin 187-ci ayəsinintəfsiri).

Bu cür nümunələr kifayət qədərdir və bu nümunələri yenə artırmaq olar. Lakin biz bu qədəri ilə kifayətlənirik.

Qeyd edək ki, islami baxımdan itdən həyətin qorunması, çoban və ov kimi işlərdə istifadəsinə dair heç bir qadağa yoxdur. Hətta bəzi islami kəlamlarda itdə olan sədaqət, vəfa kimi müəyyən xüsusiyyətlər insanlara nümunə kimi göstərilir. Lakin islami fiqhinə görə it nəcis (murdar) heyvan hesab edilyinə görə, onun evin daxilində saxlanılması və buraxılması məqsədə uyğun hesab edilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu