Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
498
az

Bu prezidentliyə namizədlər İlham Əliyevə səs verdi

14:3311 Aprel, 2018
1203
SİYASƏT
  • A
 Prezidentliyə namizədlərin çoxu artıq səsvermə hüququndan istifadə edib.

Oxu24.com  11 aprel prezident seçkilərində qeydə alınmış namizədlərin harada və necə səs vermələrini müəyyənləşdirib:

Araz Əlizadə bir qədər əvvəl 17 saylı Yasamal üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində və özünə səs verib.

Fərəc Quliyev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı seçki məntəqəsində səs verib. O, prezidentliyə ən layiqli namizəd qismində özünü görüb.

8 saylı Binəqədi birinci seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verən Hafiz Hacıyev isə rəqibi İlham Əliyevi seçib.

29 saylı Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verən Qüdrət Həsənquliyev isə kimə səs verdiyini açıqlamağı etik saymayıb.

Razi Nurullayev 8 saylı Binəqədi birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. O, "Razi Nurullayevə səs verdiyini” deyib.

Sərdar Cəlaloğlu isə saat 12-də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 21 saylı seçki məntəqəsində səs verəcək. Sərdar bəy də özünə səs verəcəyini bildirib.

Zahid Oruc ailə üzvləri ilə birlikdə 29 saylı Səbail seçki məntəqəsinin 18 saylı seçki məntəqəsində səs verib. Orucun sözlərinə görə, ailə üzvləri ona, özü isə İlham Əliyevə səs verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü