Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49617
az

SENSASSİYA! İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

16:4728 Fevral, 2021
5478
ÖZƏL BÖLÜM
  • A

Qarabağ müharibəsi zamanı Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdıran İranın əldə etdiyi məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığı ortaya çıxıb.

Oxu24.com  Türkiyənin "Haber 7" telekanlına istinadən məlumat verir ki, 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında başlayan Qarabağ müharibəsində İranın Ermənistan rəhbərliyinə ciddi kəşfiyyat dəstəyi verməsi ilə bağlı faktar üzə çıxıb.

Məlumatlara görə, müharibənin ilk günlərindən etibarən İran tərəfi 70-80 nəfərlik xüsusi avadanlıqlarla təchiz edilmiş qrup və texnikanın Qarabağ sərhədində yerləşdirib.

Cəbrayılda yerləşən Xudaferin körpüsünə paralel xətt üzərində mövqelənən İran əsgər və texniki mütəxəssisləri PUA-lar, döyüş təyyarələri və vertolyotlarının hava hərəkətini, Azərbaycan əsgərlərinin radio frekanslarını izlədikləri məlum olub.

Kanal İrandakı mənbələrinə istinadən “Ayaz Girari”də inşa edilmiş xüsusi radar sistemlərini və dinləmə stansiyaları yerləşdirən İran əsgərlərinin bu məlumatları Ermənistan Baş Qərargahı ilə paylaşdığını bildirib.

İranlı mənbə sərhəd xəttində inşa edilmiş bazaya uzun müddət heç bir mülki şəxsin buraxılmadığı qeyd edərək, “Bu yer tamamilə Türk kənd və qəsəbələrindən ibarətdir. Bu səbəbdən İran əsgərləri fövqəladə təhlükəsizlik tədbirləri ilə baza ərazisini qoruyurdular”, deyə qeyd edib.

Kanala açıqlamasında Azərbaycandakı təlimlərədə iştirak etmiş yüksək rütbəli Türkiyə hərbiçisi İranın müharibə zamanı bəzi xüsusi məlumatlar əldə etməyə çalışdığını qeyd edib.

Hərbiçi, İran kəşfiyyatının Azərbaycanın PUA-ları, döyüş təyyarələri və helikopterlərinin yerləşmələri, əməliyyat strategiyaları və taktikaları haqqında məlumat əldə etmək üçün fərqli üsullar tətbiq etdiyini söyləyib.

Bizim.Media

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin ölümünün ŞOK DETALLARI: Yalnız bir nəfər sağ qalıb və 1 saat sonra...(VİDEO)
Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Küçədə qıza hücum edən şəxs kameraya düşdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO