Türkiyə sərhədçiləri Gürcüstanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində çemodanında qadın aşkarlanan kişini saxlayıb.
Gömrük əməkdaşlarının diqqətini pasport yoxlamasından keçən 24 yaşlı Gürcüstan vətəndaşının böyük ölçüdə olan çemodanı cəlb edib.
Çemodanı açdıqda isə sərhədi qeyri-qanuni keçməyə çalışan qadın aşkarlanıb.
Məlum olub ki, 27 yaşlı Özbəkistan vətəndaşı olan qadına Türkiyəyə daxil olmağa qadağa qoyulub. Bu səbəbdən də o, sərhədi çemodanda keçmək qərarına gəlib.
Hər iki şəxs saxlanılıb, barələrində cinayət işi qaldırılıb.
Oxu24.com
ŞƏRHLƏR