Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4946
az

Xərçəng xəstəliyinin diaqnozu daha da asanlaşdı

13:1502 Sentyabr, 2018
1046
TİBB
  • A
Nyu-York Universitetinin əməkdaşları xərçəng xəstəliyi diaqnozunun qoyulması üçün qızılla örtülmüş hissəciklərdən istifadə etmək təklifini irəli sürüblər. Bu hissəciklər sayəsində şişlər və metastazlarla əlaqəli matris ribonuklein turşusunun ən zəif dozasını da aşkar etmək mümkün olub.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, yeni üsul tətbiq olunarkən analiz üçün barmaqdan alınan bir damcı qan kifayət edəcək. Analizin aparılması cəmi 30 dəqiqə vaxt aparır. Müqayisə üçün qeyd edilir ki, standart analizə təxminən 12 saat tələb olunur. Analizin effektivliyini artırmaq məqsədilə alimlər matris ribonuklein turşusunun cəzb edilməsi üçün maqnit təklif edirlər.

Alimlər matris ribonuklein turşusuna yapışa bilən qızılla örtülmüş maqnit hissəcikləri düzəldiblər. Maqnitin köməyilə onları asanlıqla bir yerə toplamaq olur. Beləliklə, ekspertlərin ixtiyarında sürətlə aparılan xüsusi həssas test mövcuddur. Yaxın üç ildə bu testin klinik istifadəsi də mümkün olacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu