Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49357
az

Prezident Pərviz Şahbazova yeni vəzifə verdi - SƏRƏNCAM

18:0625 Fevral, 2021
413
  • A

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə” sərəncam imzalayıb.

Oxu24.com-un məlumatına görə, sərəncama əsasən, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:
 
İşçi Qrupun rəhbəri


Azərbaycan Respublikasının energetika naziri

 

İşçi Qrupun üzvləri

 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.


Energetika və Xarici İşlər nazirlikləri bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı