Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4935
az

20-dən çox rayonda əmək yarmarkası keçiriləcək

19:0001 Sentyabr, 2018
1031
  • A
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.
Bu barədə "Oxu24.com"a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabr ayı ərzində respublikanın 20-dən çox rayonunda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Həmin tədbirlər zamanı ödənişli ictimai işlərə cəlb olunmaq və əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.

Əmək yarmarkalarında vakant iş yeri təqdim edilən müəssisələrin nümayəndələri də iştirak edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya artımları nə vaxt veriləcək?
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu