Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4931
az

Gözləri yormamaq üçün monitora necə baxmalı?

16:1401 Sentyabr, 2018
821
CƏMİYYƏT
  • A
Amerika alimləri müəyyən ediblər ki, Verdana kompyuter şrifti gözlər üçün daha təhlükəsizdir. Göz əzələləri bu şriftlə yığılan mətnlərin oxunuşunda daha az gərginləşir. Hərflərdə kərtmələr olmadığından Verdana yaxşı "oxunaqlığa" malikdir. Göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 punktdur.

Oxu24.com Trend-ə istinadən bildirir ki, monitor arxasında uzun müddətli oturmaq gözləri gərginləşdirdiyindən zərərlidir. İnsan gözü daha çox uzağa baxmaq üçün nəzərdə tutulub. Bundan başqa göz, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşdırılıb. Monitorlar isə işığı buraxır, əks elətdirmir. İş üçün isə adi məsafə yarım metrə qədərdir. Bu da zamanla gözün itiliyinə mənfi təsir edir. Çoxları görmə qabiliyyətinin zəifləməsini hiss edirlər, digərlərində gözlər ağrayır, qaşınır və qızarır.

İndi hansı şriftin təhlükəsiz olduğunu biləndən sonra və kompyuter arxasında çoxlu vaxt keçirtmək lazım olan insanlar gözlərini biraz az gərginləşdirə bilərlər. Alimlər tərəfindən dəqiq müəyyən olunub ki, kompyuter monitorlarının bütün növləri hətta maye kristallı monitorlar gözlərə zərərli təsir göstərir.

Monitorların gözə zərərli təsiri ondan ibarətdir ki, istifadəçi kompyuter arxasında oturaraq, daha az gözlərini qırpır. Görüntülərin detallarını yaxşı görmək üçün insana gözlərini qıymaq lazım gəlir. İstifadəçi nə qədər çox gözlərini qıyırsa, bir o qədər az gözlərini qırpır.

Göz maksimal gərginliyə çatdıqda qırpma tezliyi 4 dəfə azalır. Gec qırpmalar nəticəsində gözlər kifayət qədər nəmlənmir. Bu da gözlərə diskomfort , quruluq, gözlərdə "qum" hiss elətdirir. Həkimlər, kompyuter arxasında işləyərkən gözləri tez tez qırpmağı məsləhət görürlər. Həmçinin gözlərə "süni göz damcıları" preparatı damızdırmaq olar.

Problemin əsl həll yolu, konkret şəraitlərə və konkret insana uyğun olaraq parlaqlığı və rəngliliyi tənzimləyən qabaqcıl monitorlar ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu