Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4925
az

Erməni futbolçular Bakıya buraxılacaqmı?

11:2001 Sentyabr, 2018
1904
  • A
İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” klublarının oyunçuları Henrix Mxitaryan və Qeqam Kadimyanın UEFA Avropa Liqasında “Qarabağ”la Bakıdakı qarşılaşmalarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.

Məsələ ilə əlaqədar Femida.az-a açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, komandaların “Qarabağ”la oyun üçün iştirak ərizəsindən sonra bu məsələyə qayltmaq olar.

H.Hacıyev qeyd edib ki, bununla bağlı XİN-ə daxil olacaq hər hansı müraciətə baxılacaq.

“Arsenal”ın sözçüsü isə bildirib: “Bizim bütün futbolçularımız və əməkdaşlarımızın təhlükəsizliyi məsələsi həmişə prioritetlər siyahısında yuxarı pillədə dayanır. Biz futbolçu ilə danışdıqdan sonra qərar qəbul edəcəyik”.

"Qarabağ" Bakıda "Arsenal"la oktyabrın 4-də, "Vorskla" ilə 25-də qarşılaşacaq.

Xatırladaq ki, Avropa Liqasının 2015/16 mövsümündə o vaxt Dortmund “Borussiya”sının futbolçusu olan H.Mxitaryan Azərbaycanda “Qəbələ” klubu ilə oyunu buraxmışdı.

Qeyd edək ki, ötən gün Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb. Püşkə əsasən, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə qarşılaşacaq.

Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı
BMT İsraili silah tədarükünü dayandırmağa çağırdı
Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO