Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49238
az

Rusiyadan Ermənistana “İskəndər” raketlərinin partlamaması iddiasına SƏRT REAKSİYA

14:1924 Fevral, 2021
2076
DÜNYA
  • A

"Ermənistanın baş naziri Nikol Paşinyanın "İskəndər” əməliyyat-taktiki kompleksinin partlamamış raketləri barədə verdiyi açıqlama ən azından onun səriştəsizliyindən xəbər verir”.
 
Sfera.az-ın məlumatına görə, bunu Dövlət Dumasının deputatı, Rusiya və Suriya parlamentləri arasında dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə bildirib.

Sablin Paşinyanın "İkinci Qarabağ Savaşında "İskəndər” raketi niyə partlamayıb? sözlərini belə şərh edib:
 
"Pis rəqqasa ayaqları mane olur. Bu ironik atalar sözü Ermənistan baş nazirinin "İskəndər”in İkinci Qarabağ Müharibəsindəki istifadəsi və" köhnəlməsi "ilə bağlı sözlərini ən yaxşı şəkildə xarakterizə edir. Hərbi səriştəsi olan insanlar bilir ki, bu XXI əsrin ən yaxşı universal əməliyyat taktiki raket sistemidir. "İskəndər" Suriyada terrorizmlə mübarizə zamanıl yüksək performansını təsdiqləyib".

Onun fikrincə, məsələ təkcə Ermənistan baş nazirinin səriştəsizliyində deyil.

"Sorosun dərslikləri Paşinyanı yanıltdı. Bu, küçə mitinqləri sayəsində yabançı, düşmən ssenarisi üzrə hazırlanan pafoslu şüarlar altında ölkəsini məhv edən insanın hakimiyyətə gətirməsinin acı sonluğudur. Təkcə Ermənistan vətəndaşları deyil, hamı buna əmin oldu”, - deyə deputat əlavə edib.
 
Daha əvvəl Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi zamanı "İsgəndər”in istifadəsi barədə məlumat vermişdi. Amma o kompleksin hansı istiqamətdə istifadə olunduğunu deyə bilməmişdi.

Tərcümə: Selcan
Sfera.az
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR