Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4916
az

Hərbçimiz faciəli şəkildə dünyasını dəyişdi - ACI XƏBƏR

09:4801 Sentyabr, 2018
5985
KRİMİNAL
  • A
Bakıda dünən baş verən qəzada hərbçi vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə saat 16:40 radələrində Bibiheybət yolunda baş verib. Şəhər istiqamətində hərəkət edən 1985-ci il təvəllüdlü Elnur Abdullayevin idarə etdiyi 99 NH 646 nömrəli “Naz Lifan” markalı avtomobillə əks tərəfdən hərəkət edən 1991-ci il təvəllüdlü Məhəmməd Abıyevin idarə etdiyi “BMW X5” markalı 10 SR 686 nömrəli avtomobil toqquşub.

İlkin məlumata görə, E.Abdullayev yol hərəkəti qaydalarını pozaraq əks yola çıxıb və qəzaya səbəb olub. O, taksi fəaliyyəti ilə məşğul olur. Qəza nəticəsində onun sərnişini, 1994-cü il təvəllüdlü Balarəhim Əliyev hadisə yerində vəfat edib. B.Əliyev Qaradağ rayonunda yerləşən hərbi hissələrin birində Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu olub.Sürücü E.Abdullayev və digər sərnişini, 1996-cı il təvəllüdlü Rza Rzayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. R.Rzayevin vəziyyəti ağırdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib