Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49153
az

DÜNYA TƏHLÜKƏDƏ: Koronavirus özüylə yeni bəla gətirir?

13:3723 Fevral, 2021
1787
DÜNYA
  • A

Hindistanın tibb müəssisələrinə koronavirusla əlaqədar psixoloji problemləri yarandığına görə müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Bu səbəbdən onlara kömək edə biləcək mütəxəssislərin hazırlanmasına başlanıb.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Psixiatriya İnstitutunun direktoru Basudeb Das The Hindu-ya müsahibəsində deyib.

Hindistan koronavirusa yoluxanların sayına görə dünyada ikinci pilləni tutur. Son məlumatlara görə, ölkədə 10.9 milyon COVID-19-a yoluxma faktı qeydə alınıb. Bunlardan 10.6 milyon insan sağala bilib. 139 min nəfər müalicə alır, 156 min nəfər isə koronavirus və yanaşı xəstəliklərdən dünyasını dəyişib.

"Hazırda yeni tip koronavirusun öhdəsindən gəlməyə çalışırıq. Ancaq biz COVID-19-un psixi sağlamlığa təsiri nəticəsində yaranacaq yeni pandemiyaya hazırlıqlı olmalıyıq. Bu halların müalicəsi hətta vaksinasiya bitdikdən sonra bir neçə il davam edə bilər", - Das söyləyib.

O qeyd edib ki, depressiya, narahatlıq, posttravmatik stress, dost və qohumların vəfatı səbəbilə yaranan psixoloji travmalar hər 10 xəstədən 2-də müşahidə olunur. Das deyir ki, bu cür insanların müalicəsi üçün son bir neçə ay ərzində İnstitutda 175 mütəxəssis hazırlanıb.

"Həm uzunmüddətli, həm də qısamüddətli həllər barədə düşünməliyik", - deyən həkim vurğulayıb ki, həm həkimləri, həm də xəstəxana heyətini bütünlükdə yeni problemə hazırlamaq gərəkdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var