Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49099
az

Bakıda fəhlə 7-ci mərtəbədən düşərək ölüb

21:5022 Fevral, 2021
1513
  • A

Fevralın 22-si saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan çoxmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bananın bilmədyiniz müalicəvi xüsusiyyətləri
Məktəbdə smartfonlara qoyulan qadağa uşaqlara necə təsir edir?
Dadlı qəhvəni necə dəmləmək olar?

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var