Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49077
az

Rusiyalı din xadimi Qarabağdan çıxarılacaq - FOTO

18:4422 Fevral, 2021
1315
QARABAĞ
  • A

Separatçıların Xankəndidəki dünənki mitinqində Rusiya Federasiyasının sülhməramlı kontingentindən olan bir rus din xadimi də diqqət mərkəzinə düşüb. O, hərbi cinayətkar Vitali Balasanyanın yanında dayandıb.

Oxu24.com xəbər verir ki, bu barədə "Caliber”in "Telegram” kanalı məlumat yayıb:

"Etibarlı mənbədən alınan məlumata görə, Azərbaycan tərəfinin tələbi ilə separatçılara rəğbət bəsləməsi ilə seçilən bu şəxs 24 fevrala qədər Dağlıq Qarabağ ərazisindən mənsub olduğu Ryazan şəhərinə qovulacaq.

Bu gün həmin keşiş qədim alban məbədi olan Xudavəngi ziyarət etmək istəyib, lakin Azərbaycan hərbçiləri onun gözlərinə belə görüməsini qadağan ediblər.

Yeri gəlmişkən, rus sülhməramlıları iddia edirlər ki, din xadiminin onlarla tamamilə əlaqəsi yoxdur və o, formanı və şevronu Xankəndidəki mağazalardan birindən alıb.

Yəni bu məntiqə görə istənilən separatçı Xankəndidə rus hərbçilərinin formasını və bir şevronunu asanlıqla alıb Azərbaycana qarşı təxribat törədə bilər. Buna inanıb-inanmamağı oxucuların qərarına buraxırıq.

Yalnız bir şeyi bilirik - Qarabağ ermənilərinin sülhməramlı kontingentlə təmaslar yolu ilə özlərini legitimləşdirmək cəhdləri ilk beşillikdən sonra bu kontingentin müddətinin uzadılması ehtimalını xeyli azaldır. Xankəndidəki erməni soydaşlarımız həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili qoşunlarının və xüsusi təyinatlı qüvvələrinin asayişi bərpa etməsini istəyirlərsə, qoy, eyni ruhda davam etsinlər - hamımız bunun tərəfdarıyıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayram günlərində azad olunan ərazilərə səfər etmək istəyənlərin nəzərinə! -VİDEO
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu