Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4904
az

Bakıda şok! Uşaqlığı çıxarılan qadın zülümlə öldü - 18+ FOTOLAR

17:3231 Avqust, 2018
18455
KRİMİNAL
  • A
 
“Əməliyyatdan əvvəl anamdan lazımi olan analizləri götürülməmiş, digər tərəfdən isə bilinən patalogiyaları qarşı tədbir almayıblar. Necə olur ki, öz ayağı ilə, sağlam vəziyyətdə zəruri olmayan əməliyyata girən insan səhəri gün müəmmalı şəkildə ölür?”

Bu sözləri Femida.az-a 2018-ci ilin avqusutun 3-də Xəzər Klinikasında əməliyyatdan sonra dünyasını dəyişən Şərqiyyə Əhmədovanın qızı Songül Əhmədova deyib.

Onun sözlərinə görə, anasında uşaqlıq mioması xəstəliyi olub. Buna görə də 31.07.2018 tarixində hiss etdiyi tənginəfəsliklə əlaqədar Xəzər kilinikasına müraciət edib. Onu həmin klinikada kardioloq vəzifəsində çalışan Yalçın adlı həkim müayinə etdikdən sonra ürəyinin sağlam olduğunu bildirib.Daha sonra həkim müayinə və müalicə sənədləri ilə birlikdə Xəzər kilinikasının baş həkimi İlqar Yusubova müraciət etməyi məsləhət görüb.
“Daha sonra anam Əhmədova Şərqiyyə ertəsi gün 01 avqust 2018-ci il tarixdə müayinə üçün Xəzər kilinikasının baş həkimi İlqar Yusubova müraciət etdi. Klinikanın baş həkimi İlqar Yusubov tərəfindən aparılan müayinələrin nəticəsi olaraq anamda uşaqlığında bir neçə düyünün olduğunu müəyyən edərək, cərrahiyyə əməliyyatı həyata keçirilərək uşaqlığın götürülməsi məsləhət gördü. 02 avqust 2018-ci il tarixdə Xəzər kilinikasının baş həkimi İlqar Yusubov tərəfindən cərrahiyyə əməliyyatı həyata keçirilərək, anamım uşaqlığı çıxarıldı. Əməliyyatın səhərsi gün anam gözlənilmədən dünyasını dəyişdi” ,deyə Songül Əhmədova bildirib.

Şikayətçinin iddiasına görə,adı çəkilən klinikada xəstələrin əməliyyatı üçün lazımı şəraitin olmamasına baxmayaraq həkimlər orada əməliyyatlar keçirir.Hətta klinikada əməliyyatdan sonra vəziyyəti ağır xəstələrin yatması üçün reanimasiya otağının olmadığı,xəstələrin birbaşa palataya köçürüldüyü iddia olunub.


“Anamın ölümündə həkim və xəstəxananın birbaşa günahı vardır. Çünki açıq aşkar ayağında varikoz genişlənməsi və yüksək qan təzyiqi olan anamı əməliyyatdan sonra reanimasiya şöbəsinə keçirməmişlər, qanın laxtalanma dərəcəsi də nəzarət altında saxlanmayıb. Bir tərəfdən həkimlər əməliyyatdan əvvəl lazımi olan analizləri götürməyiblər, digər tərəfdən isə bilinən patalogiyaları qarşı tədbir görülməyib. Necə olur ki, öz ayağı ilə, sağlam vəziyyətdə zəruri olmayan əməliyyata girən insan bər gün sonra rəhmətə gedir? Anamın ölümünə həkimə öz iradımızı bildirdikdə, o sadəcə olaraq “ananız ağciyər trombemboliyasından vəfat edib” deyərək, öz üstündən məsuliyyəti atmağa cəhd edir?


Vəfat etmiş şəxsin yaxınlarının iddiasına görə, Xəzər Klinikasının mövcud şəraiti açıq tipli cərrahiyyə əməliyyatlarının aparılmasına imkan vermir.Bundan əlavə xəstəxanada lazımi aparatların olmadığı da iddia olunub.


“Hazırda Səhiyyə Nazirliyinə müraciət edərək, Xəzər Klinikasının sözü gedən əməliyyatları etmək üçün icazəsinin olub-olmadığını, reanimasiya şöbəsi aça bilməsi ilə bağlı lisenziyasının olub – olmadığını araşdırırıq. Faktiki olaraq məlumdur ki, Xəzər Klinikası əməliyyatla bağlı olaraq Səhiyyə Nazirliyiyinin təsdiq etdiyi məcburi kliniki protokollara riayyət etməyib.

Həkimlər iddia edir ki, bu cür əməliyyatlarda belə risklər olur. Halbuki bunlar heç vaxt xəstəyə bu riski - əgər varsa – bildirmirlər və lazımi tədbirləri də almırlar. Xəstəxananın saytına da baxanda, orada xəstəxanada keçirilən əməliyyatlar sırasında xırda və yüngül əməliyyatlar, laparoskopiya kimi yer alıb.Bu onu göstərir ki, onların ciddi əməliyyatlar keçirmə səlahiyyətləri yoxdur.


Anamın ölümündə Xəzər kilinikasının baş həkimi İlqar Yusubovun səhlənkarlığı, işə qeyri-peşəkar və laqeyd münasibəti səbəb olmuş və bu səbəbdən də, əməliyyata hazırlıq, əmiliyyat və əməliyyatdan sonrakı müddətdə həkim səhlənkarlığının aşkar olunmaması məqsədi ilə bizim həkimə bu məsələlərdə bağlı soruşduğumuz xeyli suallar cavabsız qalıb.


Songül Əhmədovanın sözlərinə görə anası ilə əməliyyatdan sonra görüşüb.Anası ona deyib ki,özünü çox pis hiss edir.


“Əməliyyatdan sonra anamın yatdığı palataya girdim.Qarnında şiddətli ağrıların olduğunu deyirdi.Bədəni isə buz kimi idi.Çirkli qanın sovrulması üçün qoyulan aparat nəzarətsiz qaldığı üçün çıxıb yerə düşmüşdü.Bu barədə iradımı tibb bacılarına bildirdikdən sonra müdaxilə etdilər.Mənə dedilər ki,ananın qarın nahiyəsinə bağlamaq üçün “bandaj” almaq lazımdır.Mən də aptekə getdim.Geri qayıdanda gördüm ki, tibb bacıları anamın başının üzərinə toplaşıb.Bildim ki,anamın halı pisdir.Məni kobud sürətdə otaqdan çölə çıxardılar.Daha sonra bizə zəng etdilər ki,xəstənin vəziyyəti pisdir."
 


Əməliyytdan sonra dünyasını dəyişən şəxsin qızının sözlərinə görə,anası ilə sonuncu görüşündən sonra orada hansısa hadisə baş verib.

“Anamı dəfnə hazırlayan zaman onun boyun nayihəsində,əlinin üstündə və qolunda qançir izlərinin olduğunu gördüm.Halbukionunla görüşə girən zaman həmin izlər yox idi.Tibb bacısı bizə dedi ki,ananın vəziyyəti ayaqyolunda olan zaman pisləşib.Amma orada nə baş verdiyini bizə demirlər.bütün faktlar,sənədlər,ödənilən pulun çekləri,kamera görüntüləri,xəstənin qeydiyyat məlumatları hamısı gizlədilir.Biz heç bir məlumat ala bilmirik” deyə şikayətçi bildirib.

Femida.az vətəndaşın iddiası ilə bağlı Nizami Rayon Prokurorluğu ilə əlaqə saxlayıb.İş üzrə araşdırma aparan müstəntiq Könül Heydərova ölüm faktı ilə bağlı araşdırma aparıldığını və əlavə məlumat vermək səlahiyyətinin olmadığını bildirdi.

Ölüm faktı baş verən Xəzər Klinikası ilə də əlaqə saxladıq.Klinikadan qeyd olunan hadisə ilə bağlı heç bir məlumat verilməyəcəyini bildirdilər.





 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu