Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu24.com -un məlumatına görə, Monakoda keçirilən tədbirdə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə olub.
"Qarabağ" qrupunda İngiltərə nəhəngi "Arsenal"la eyni qrupda yer alıb. Digər rəqiblər isə Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları olub.
E qrupu
"Arsenal" (İngiltərə)
"Sportinq" (Portuqaliya)
"QARABAĞ" (Azərbaycan)
"Vorskla" (Ukrayna)
Oxu24.com
ŞƏRHLƏR