Əxlaqsız əməllərinə uşaqlarını da qoşan qadın saxlanılıb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Kipr adasında yaşayan qadın azyaşlı uşaqlarının yanında əxlaqsızlıq etdiyinə görə saxlanılıb.
İngiltərə vətəndaşı olan 28 yaşlı Jodie Victoria Little veb-kamera qarşısına keçərək hər gün yarıçılpaq bədənini nümayiş etdirib. O, lüt halını görmək istəyənlərin əlavə pul ödəməsini istəyib.
Pul ödəyənlərdən biri qadının uşaqlarının olduğunu və özü ilə birgə onları da soyundurduğunu, azyaşlı qızının və oğlunun cinsiyyət orqanlarını göstərdiyini gördükdə həmin anları "screenrecorder"lə qeydə alaraq polisə təqdim edib.
Polis IP ünvanından qadının yerini müəyyənləşdirib və Jodie saxlanılıb. O, səhvini boynuna alıb. Oxu24.com
ŞƏRHLƏR