Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48943
az

Paşinyan uzun müddət Ermənistana rəhbərlik edə bilər - Reallıq üzə çıxır

22:5920 Fevral, 2021
673
CƏMİYYƏT
  • A

"Beynəlxalq aləmdə məşhur olan "Gullup International Аssociation" mərkəzinin İrəvan ofsinin Ermənistanda keçirdiyi soğrunun nəticələri diqqəti cəlb edir".

Bunu Oxu24.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ermənilərin əksəriyyəti 44 günlük müharibədəki məğlubiyyətə görə hazırki hakimiyyəti günahkar saymır:

"Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın "Mənim addımım" partiyasına səs verməyə hazır olduğunu bildirib. 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyək ki, sorğu nəticəsinə görə digər patiyalar "Mədim addımım"dan sonra gəlir. "Hansı siyasətçiyə üstünlük verirsiniz?" sualına cavabda da ilk sırada Nikol Paşinyan gəlir. 

Soğrunun "müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır" sualına cavabın nəticələri də maraqldır. Sorğuya qatılanların 32 %-i məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Köçəryanın və Serj Sarkisyanın məsuliyyət daşığıdını vurğulayıblar, yalnız 28 faiz Paşinyanın günahlar olduğunu söyləyib. Yəni ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırki hakimiyyəti günahkar saymır. Bu, aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir. Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Köçəryan-Sərkisyan ordusu üzərində qələbə çalıb. Paşinyan iki ildən bir az çoxdur hakimiyyətdədir, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi".

E.Şahinoğlu qeyd edib ki, zaman keçdikcə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ermənilərin sayı artacaq:

"Ermənilərin sorğunun digər sualına verdiyi cavab onların "nağıla" hələ də inandığını göstərir. Soğruya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki,  Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır. Cəmi 3.1 % reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib. 

Eybi yoxdur, zaman keçdikcə bu nisbət də artar. Əsas odur ki, Şuşa və Hadrutu "geri qaytarmağı" gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağda ətrafları azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi