Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48939
az

Ürək üçün ən zərərli qidalar

22:3720 Fevral, 2021
816
  • A

"Ürək-damar sistemi üçün ən zərərli qidalar fəstfud və yarıfabrikat məhsullardır".

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, bunu diyetoloq və qastroenteroloq Nuria Dianova "Zvezda" kanalına müsahibəsində bildirib.

Həkim bildirib ki, fəstfud çox yağlıdır, tərkibində çoxlu duz və şəkər mövcuddur. Bu cür qidalar qızardılaraq hazırlanır ki, bu da o qədər də faydalı deyil.

"Bu qidalar kökəlməyə səbəb olmaqla yanaşı, onların tərkibində ürək-damar sisteminin əsas düşməni olan çoxlu trans-yağlar var. Trans-yağlar qan damarlarında daralma, tıxanma, qan axınında problemlər yaradır. Qan damarlarının divarlarının zəifləməsi insult və infarkta səbəb ola bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir