Salyan rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində baş verib.
“VAZ-2107” markalı, 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlü Vəliyev Samil Ələşrəf oğlu hadisə yerində ölüb.
Yaralı olan Qardılı kənd sakini, 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onu şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü ölüb.
Daha sonra yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Report.az yayıb. Oxu24.com
ŞƏRHLƏR