Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4886
az

İşsizlərə ŞAD XƏBƏR – 5 günə işlə təmin edilə bilərlər

22:1030 Avqust, 2018
868
CƏMİYYƏT
  • A
Əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsidir. "Məşğulluq haqqında" yeni qanun da məhz buna xidmət edir. Qanunu XəzərXəbər-ə şərh edən nazirlik rəsmisi nəzərdə tutulan yeniliklərdən də danışıb.
Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, bu il iyunun 29-da qəbul olunan "Məşğulluq haqqında" Qanunda bir sıra önəmli məqamlar öz əksini tapıb.

Yeni qanunla məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər ediləcək.İlk növbədə vahid məşğulluq bazasının yaradılması nəzərdə tutulur.

Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları damüəyyən edilib.Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Bununla yanaşı işə götürənlə iş axtaran arasında əlaqəni təmin etmək üçün avtomatlaşdırılmış vakansiya bazası da yaradılacaq.Bunun isə həm vətəndaş həm də işverən üçün bir sıra üstünlükləri olacaq.

Qeyd edək ki,qanunndan irəli gələn işlərin 3 ay müddətində görülüb başa çatdırılması nəzərdə tutulur.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu