Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48858
az

Korotçenko: “Moskva minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiq etməlidir”

20:1719 Fevral, 2021
931
SİYASƏT
  • A

“Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Xəbər Xidməti (Natsionalnaya Slujba Novostey) radiosunda rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri mövzusunda keçirilən Moskva-Bakı videokörpüsündə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: “Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir”.

Rusiyalı hərbi ekspert Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsinin olduğuna əmindir: “Erməni hərbçilər Rusiya hərbi məktəbinin yetirmələridir. Təlimata görə, minalanan ərazilərin xəritələri mütləq tərtib olunur. Həmin xəritələrin bir nüsxəsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılmalıdır. Başqa cür mümkün deyil. Ona görə də hesab edirəm ki, beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir.

Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır. Çünki Rusiya vəziyyətin sülh yolu ilə inkişafında, regiona tam miqyaslı dinc həyatın qayıtmasında maraqlıdır. Minalanmış ərazilərin xəritəsi olmadan bu proses çox gecikə bilər. Bundan başqa bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Nə qədər ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etmir, bu, regiondakı Rusiya sülhməramlılarının fəaliyyətinə və təhlükəsizliyinə böyük təhdiddir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Durovun həbsi siyasi qərar deyil" - Makron
Natanyahudan İran və "Hizbullah"a SƏRT XƏBƏRDARLIQ: "Bu, hekayənin sonu deyil"
Medvedev Makrona Fransadan qaçmağı tövsiyə etdi: "Onun ordusu gəlir"


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO