Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4883
az

Bakıda dönər ustası bıçaqla arvadını yaraladı

19:4330 Avqust, 2018
1046
KRİMİNAL
  • A
  Avqustun 29-da Bakının Nərimanov rayonunda qətl törədilib.

Hüquq-mühafizə orqanlarından “Sputnik-Azərbaycan”a bildiriblər ki, cinayətin qurbanı Ermənistanda doğulan 45 yaşlı Fəhmidə İsgəndərova olub.

Hadisə Nərimanov rayonunun 17-ci Polis Bölməsinin ərazisindəki Yarəliyev küçəsində yerləşən evdə baş verib. İlkin araşdırma zamanı müəyyən olunub ki, F. İsgəndərova qızı və kürəkəni Cəsarət İsgəndərov arasında yaranan ailə münaqişəsi zamanı öldürülüb.

Dönər satıcısı işləyən kişi evə sərxoş halda qayıdıb. O, münaqişə zamanı bıçaqla həyat yoldaşına hücum edib və ona zərbə vurub. Sonra isə qızını müdafiə etməyə çalışan F. İsgəndərovanı öldürüb.

Öldürülən qadının qızı 5 nömrəli Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

C. İsgəndərov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətl və ağır bədən xəsarəti yetirmə faktları ilə bağlı cinayət işi qaldırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı