Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48811
az

Qeyri-sabit hava şəraitində yollarda niyə tixac olur? – Ekspert rəyi

23:3518 Fevral, 2021
1244
CƏMİYYƏT
  • A

Qeyri-sabit, yəni qar, yayğış, şaxta kimi hava şəraiti hər zaman özü ilə müxtəlif problemlər gətirir. Bu problemlərdən biri də yollarda tıxacların əmələ gələmsidir.

Oxu24.com Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, burada üç əsas səbəb mövcuddur:

"Birincisi obyektiv təbii səbəbdir. Yağış, qar yağırsa, yollar yaşdırsa, duman varsa, avtomatik olaraq sürət aşağı endirilməlidir, ara məsafəni çox götürmək lazımdır. Yəni belə hava şəraitində maksimum diqqətli olmaq, asta sürətlə hərəkət etmək lazımdır. Bu amillər yollarda sıxlığı artırır.

Digər səbəb isə infrastrukturla bağlıdır. Yağış yağan zaman yollarda gölməçələr əmələ gəlir, su yığıntıları qalır. Sürücülər həmin gölməçələrin dərinliyini bilmir, oradan ehtiyyatla, yavaş keçməli olur. Eyni zamanda, yağışlı hava şəraitində görmə pisləşir, yollarda işıqlandırma sistemində problem yaranır, sürücü qabağı görməkdə çətinlik çəkir.

Başqa bir səbəb odur ki, qeyri-sabit hava şəraitində insanlar maksimum dərəcədə fərdi avtomobildən istifadə edirlər, çünki kimsə yaxşı havada ictimai nəqliyyatdan istifadə edrdisə, qeyri-sabit hava şəraitində fərdi avtomobildən istifadəyə üstünlük verir.

Bu hər üç səbəb tıxacların yaranmasına gətirib çıxarır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək

Ərdoğan deputatı məhkəməyə verdi
Baş müəllim vəfat etdi -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO