Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4877
az

İran vətəndaşı Şəkidə qızıl çıxarmaq istəyərkən tutuldu - ŞOK

14:4730 Avqust, 2018
1458
KRİMİNAL
  • A
Şəkidə qızıl çıxarmaq üçün yeri qazan İran və Azərbaycan vətəndaşları saxlanılıb

Bu barədə Oxu24.com-a DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər.

Asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində “Səbətli” adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib. Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəsimidə 1 nəfər intihara cəhd etdi
Bakıda mənzildən kişi meyiti aşkarlandı
Tibb bacısı ağzı "skoç"la bağlandığı üçün ölübmüş -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Binəqədidə telefon oğurlayan şəxs saxlanıldı