Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48677
az

Türkiyədə dəhşətli "pişik koronavirusu" yayılır

21:5414 Fevral, 2021
2423
DÜNYA
  • A

Türkiyədə insana keçməyən, yoluxucu "pişik koronavirusu" kimi tanınan Pişik İnfeksion Peritoniti (FIP) aşkarlanıb.

Oxu24.com  xəbər verir ki, xəstəlik Eskişehirdə küçə pişiklərində müəyyən edilib.

Müalicə olunmayan sözügedən xəstəlik səbəbindən epidemiya narahatlığı yaşanır. Heyvan sığınacaqlarında və xüsusi klinikalarda karantin otaqları hazırlanıb.

Baytar həkim Turqay Cinkaya bildirib ki, bu ölümcül xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstələnən və xəstələndiyindən şübhələnilən küçə pişikləri karantinə alınmalı və onların sağlam pişiklərlə təmasları kəsilməlidir.

Simptomları inkişaf mərhələsindəki pişiklərdə inkişafdan qalma, çəkinin azalması, əsəb və koordinasiya pozuntuları, yüksək temperatur olan bu yolxucu xəstəliyin 10 gündə pişikləri öldürdüyü bildirilir.

Veterinar qeyd edib ki, virusun insanlara keçməsi müşahidə olunmasa da, belə bir ehtimal var.

O, evlərində pişik saxlayanlara tövsiyə edib ki, ev heyvanlarını küçə pişikləri ilə təmasdan çəkindirsinlər. /medicina.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı -VİDEO
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
Hiyləgər plan: İsrailə güclü və qəfil hücum hazırlanır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO