Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48634
az

Bizə vurulan vaksinin tərkibi nədir? - RƏSMİ ŞƏXS AÇIQLADI+VİDEO

20:0513 Fevral, 2021
4727
  • A

“Azərbaycan koronavirusla bağlı mübarizə tədbirlərinə başlayanda peyvəndləmə də buraya daxil edilmişdi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə peyvənd strategiyasını hazırlayan ilk ölkələrdən olduq. Məhz bu strategiya çərçivəsində ölkəmiz hazırda peyvəndi alan ilk ölkələrdən biridir”.

Oxu24.com  xəbər verir ki, bunu REAL-ın efirində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov dilə gətirib.

Deputatın sözlərinə görə, bu gün ölkəmiz vaksinasiyanın ikinci mərhələsindədir:

“Peyvənd seçiminə gəldikdə, əsas qarşımızda duran tələblərdən biri peyvəndin effektivliyi və təhlükəsizliyidir. Peyvənd proqramı yalnız vaksindən ibarət deyil. Peyvəndin düzgün idarə olunması, çatdırılması, saxlanması, həyata keçirilməsi çox önəmli məsələlərdir.

Azərbaycanın seçərək tətbiq etdiyi Çin istehsalı olan “Sinovac” peyvəndi həm effektivliyinə, həm təhlükəsizliyi, həm peyvəndin idarə olunması, çatdırılması, saxlanması, vurulması qaydalarına görə digər vaksinlərdən üstündür.

ÜST-ün ilkin olaraq qeydiyyata aldığı vaksin də məhz “Sinovac”dır.

Peyvənd heç bir genetik dəyişikliyə gətirib çıxarmayacaq. Bu vaksin insanda anticismlər əmələ gətirir və onu yoluxmadan qoruyur”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tik Toku partdadan imkanlı ailənin NARKOMAN OĞLU NURLAN (VİDEO)
Papanindəki məşhur xala ilə geniş söhbət: Əslində o kimdir?


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı