Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci qarşılaşmaları keçirilir.
Təmsilçimiz Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü artıq baş tutub. İlk dueldə 2:2 hesablı heç-heçə edən 34 yaşlı təmsilçimiz bu gün qələbə sayəsində mərhələ adlayacaqdı. Rəcəbov bu gün də rəqibi ilə sülh bağlayıb.
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.
“Opera Euro Rapid”
1/4 final, ikinci matç
10 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) - 1,5:1,5 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5)
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)
ŞƏRHLƏR