Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4844
az

GÜRCÜSTANDA “QADINLAR ELMDƏ” ADLI QIZLAR DÜŞƏRGƏSİ KEÇİRİLİB

15:0129 Avqust, 2018
1207
DÜNYA
  • A
 
Avqustun 12-dən 25-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində  ABŞ Dövlət Departamentinin Qlobal Əməkdaşlıq ofisi və “Qızlar Yuxarıya doğru” qlobal təşəbbüsünün xətti ilə “Qadınlar elmdə” adlı qızlar düşərgəsi keçirilib. “Qızlar Yuxarıya doğru” qlobal təşəbbüsü gender bərabərliyi hərəkatı olaraq gənc qızları lider kimi yetişdirmək niyyətindədir. İndiyədək təşkilat dünyada 100-dən çox ölkədə 40 mindən artıq gəncə liderlik təlimləri keçib.
 
Düşərgə iştirakçısı, Bakı Atatürk Liseyinin 11-ci sinif şagirdi Fidan Dərgahlının sözlərinə görə, proqramda 4 ölkədən olan 15-17 yaş arası 100 nəfər gənc qız bir araya gələrək 2 həftə ərzində elm, texnologiya, mühəndislik, incəsənət , dizayn və riyaziyyat üzrə dərslər alıb. Məşğələlər məşhur dünya şirkətləri - Intel, Google, Microsoft, Mikrobiologiya Amerika Cəmiyyətinin peşəkarlarının hazırladığı kodlaşdırma, mühəndislik və robotlaşma, mikro və molekulyar biologiya, davamlı inkişaf üzrə olan kurrikulum əsasında tədris olunub. Həmçinin düşərgədə liderlik, kommunikasiya bacarıqları, komandada iş, mədəniyyətlərarası mübadilə, təhsil ekskursiyaları, mentorluq və peşəkar inkişaf şəbəkələri də təşkil olunub.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ildırım 63 nəfəri VURUB ÖLDÜRDÜ
Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq
Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya tərəfi hücumun videosun yaydı
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ata həbsdə olan oğluna telefon keçirməkistədi