Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48378
az

Minlərlə vətəndaşa Novruz Bayramı qabağı MÜJDƏ- İlham Əliyevin sərəncam imzalayacağı gözlənilir

17:4008 Fevral, 2021
23535
SİYASƏT
  • A

Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətidir: “Ənənəvi olaraq, hər il Novruz bayramında Prezident tərəfindən əfv sərəncamı imzalanır. Sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub. Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində böyük bir qələbə qazandı, ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdi. Bu, böyük qələbədir. Bu qələbə münasibətilə də düşünürəm ki, əfv sərəncamının imzalanması gözləniləndir”.

Ə. Nuriyev deyib ki, qarşıdakı aylarda amnistiya aktının da qəbul ediləcəyi gözləniləndir: “Bu, hazırda cəmiyyətdə çox müzakirə olunan mövzulardan biridir. Sonuncu Amnistiya aktı 2016-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. Ümumiyyətlə Azərbaycanda son 4 amnistiya aktının təşəbbüskarı Mehriban xanımdır”.

Əfv Komissiyasının üzvü onu da qeyd edib ki, indiyə qədər hələlik komissiyanın iclası keçirilməyib.

Oxu24.com  xəbər  verir  ki,. APA-nın əldə etdiyi məlumata görə, Əfv Komissiyasının yeni tərkibdə ilk iclasının bu həftə keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"İtkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik" - Prezident
"3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb" - Əli Nağıyev
"Azərbaycan sülhün və birgə yaşayışın bərpasının tərəfdarıdır" - DTX rəisi

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı