14 il Azərbaycan Televiziyasının əməkdaşı olmuş Səidə adlı qadın işdən çıxarılmasına etiraz edərək AzTV-nin binası qarşısında özünü yandırmağa cəhd edib.
Xanım bildirib ki, Televiziyanın sədri pandemiyanın, müharibənin ən şiddətli vaxtında onu işdən azad edib:
“3 aydır dözmüşəm. Canlıda demişdim ki, məni o həddə çatdırmayın ki, AzTV-nin binasının qarşısında etiraz aksiyası keçirim. Mənim atam evdə onkoloji xəstədir. O həddə çatdırmayın ki, özümü AzTV-nin qarşısında yandırım”.
Daha sonra qadın intihara cəhd edərək özünü yandırmağa çalışıb. Polis əməkdaşlarının səyi nəticəsində o xilas edilib.
Sözügedən hadisə barədə AzTV ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən Bakupost a bildirildi ki, baş verən etiraz aksiyası ilə bağlı rəsmi məlumat veriləcək.
Hadisə yerindən çəkilmiş videogörüntüləri təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR