Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48365
az

Azərbaycanın  18 yaşlı şəhid qəhrəmanı - Onu siz də tanıyın

11:2708 Fevral, 2021
4895
ÖZƏL BÖLÜM
  • A

Bu dəfə sizə Qala kəndindən olan şəhid Rəşad Təhməzovun keçdiyi qısa, amma şərəfli ömür yolundan danışacağıq. Biz Qala kəndinə gələndə Təhməzovların evini tapmaq o qədər çətin olmadı. Yaşadığı küçənin girişində dalğalanan şanlı Azərbaycan bayrağı və şəhidin böyük bir şəkli olan lövhəsi onun bu məhəllədə yaşadığından xəbər verirdi. 

APA TV-nin xəbərinə görə, Təhməzovlar ailəsi bizi həyətdə qarşıladılar. 18 yaşlı şəhid Rəşadın anası Güləbətin Təhməzova deyir ki, hər qapı döyüləndə elə bilirəm gələn Rəşaddır. Hələ də oğlumun şəhid olduğuna inana bilmirəm: “Bir il ərzində mən onu görə bilmədim. Ona görə, hələ də inana bilmirəm ki, mənim balam şəhid olub. Elə bilirəm gələcək. Mən arzu edirdim ki, əsgərlikdən gələndə əllərindən, ayaqlarından öpəcəm. Amma balam şəhid oldu. Onu Tanrı nurdan yaratmışdı, nura da qərq elədi”.

2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad yanvarın 24-də həqiqi hərbi xidmətə yola düşüb. Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm”, - deyib. 

Atası Qərib dayı bildirir ki, hər gün Rəşaddan zəng gözləsək də amma bir daha oğlum zəng vurmadı: “Bir dənə o məlumatımız var ki, Rəşadın yanında əsgər yoldaşları olub yaralananda, yarasını bağlayıb, üzünə su vurublar. Aparıblar hospitala, amma ora çatana kimi şəhid olub. Ciyərindən bir qəlpə yarası almışdı”.
 
Sentyabrın 30-u hər kəs üçün adi günlərdən olsa da, Güləbətin ana üçün fərqli başlamışdı. Deyir ana ürəyi hissiyyatlı olar, səhəri diri gözlə açan ana, elə hey Rəşaddan mənə xəbər verin deyərək yaxınlarının üstünə qaçıb:  “Həmin gün o qədər narahat oldum. Dedim bu dəqiqə öləcəm. Rəşada nə isə olub, hiss edirəm. Qonşular dedi narahat olma heç nə yoxdur. Əsgərdir nə olasıdır ki. Mən müharibənin başladığından da xəbərsiz idim. Üç nəfər gəldi qapıya, dedilər Qərib qəzaya düşüb, yığışın gedirik rayona. Mən ora çatana kimi bilmədim ki, Rəşad şəhid olub. Amma həyətdə dedim onlara ki, birdən Rəşada nəsə olar haa. Dedilər narahat olma atası qəzaya düşüb. Kəndə çatanda gördüm balamdı şəhid olan”.

Ər meydanına atılan hər qəhrəman bir tarix yazdı bu savaşda. Yaşı az, ya da çox, fərq etmədi. Damarlarında axan qeyrət güc verdi onlara. Elə Rəşad Təhməzov kimi. Cəmi 18 yaşı olsa da, bu illərə sığdırdığı dastan yüzilliklər boyu tarix kitablarında gələcək nəsillərə öyrədiləcək. “Əsgər yoldaşı deyirdi ki, təlimlərə qatıldı, iplə çəkilən topu idarə etməyi mükəmməl öyrənib. Rəşad döyüşlərdə fədakarlıq göstərib. Bir şəhid atası kimi deyərdim ki, bizim oğullarımız şəhid olsa da, onlar torpaqlarımızı azad edib, o ləkəni bizim alnımızdan sildilər”.

Bacısı Rəvanə Təhməzova deyir ki, mən təkcə qardaşımı deyil, həm də dostumu, sirdaşımı itirmişəm: “Rəşad evin sonbeşiyi olduğundan onu anamızla bərabər biz də böyütmüşük. Ona görə də, onu övladım kimi də sevirdim. Şəhid bacısı olmaq o qədər qürurverici bir hissdir ki. Mən hər zaman şəhid Rəşadın adına, onun şəninə yaraşan bacı kimi davranmağa çalışacağam”. 

9 ay əsgərlik dövründə hər dəfə ailəsi Rəşaddan hərbi formalı şəkillərini istəyəndə deyirmiş ki, “hələ qarşıda uzun yolum var bir gün çəkdirib göndərəcəm, səbrli olun”. Amma nəşi şəkillərindən əvvəl gəldi Rəşadın.  

İndi ailənin tək təskinliyi övladının şərəfli ömür yolu keçdiyini hər kəsə duyurmaq və Rəşaddan qalan uşaqlıq şəkillərinə uzun-uzadı baxmaqdır. Atası deyir ki, əgər oğlumun əsgər yoldaşlarından kimdəsə şəkli varsa onu bizə çatdırmasını istərdik. Çünki Rəşaddan geyindiyi o şərəfli əsgər formasında cəmi 4 şəkli yadigar qalıb. 

Qeyd edək ki, şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu