Xəbər verdiyimiz kimi, bu gün Emin Hüseynov və Xalid Əhədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin ediliblər. Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.
Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.
Oxu24.com Teleqraf.com-a istinadən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədovun kimliyi ilə bağlı oxuculara aşağıdakı məlumatı təqdim edir:
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.
1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.
Professional fəaliyyəti:
1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;
2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini;
2012-ci il - Unibank - İcraedici komitənin üzvü;
2015 il - Unibank - İcraçı direktor;
12.07.2016 - "Bank Standard” - Baş direktor;
2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;
10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinin sədri;
14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü.
Qeyd olunan vəzifələrlə yanaşı, o, "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib.
Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur. Oxu24.com
ŞƏRHLƏR