Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48163
az

Metro açılacaqmı? - RƏSMİ CAVAB

19:3504 Fevral, 2021
1739
CƏMİYYƏT
  • A

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq bərpa olunacaq.

Oxu24.com xəbər verir ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən 8 fevral tarixindən layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla nəzərdə tutulur.

15 fevral tarixindən isə ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması planlaşdırılır.

Mövcud vəziyyətdə şagird və tələbələrin ictimai nəqliyyatdan istifadə edərkən sıxlıqla üzləşəcəyi qaçılmazdır. Əyani təhsilin bərpasını nəzərə alaraq Bakı metrosunun fəaliyyətinin bərpası böyük maraqla qarşılanır. Bunu nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə müraciət etdik.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, metronun fəaliyyətinin bərpası ilə bağlı Nazirlər Kabinetindən hər hansı göstəriş daxil olmayıb:

"Bununla bağlı ilk növbədə Nazirlər Kabineti qərar verir və sonra bizim quruma göstəriş daxil olur. Hazırda "Bakı Metropoliteni"nin gündəlik iş şəraitində bütün infrastruktur qorunub saxlanılır və qərar çıxarsa, fəaliyyətini bərpa etməyə tam hazırdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəngəzur dəhlizinə bu tuneldən keçib gedəcəyik:Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək
Safurə formada qalmağın SİRRİNİ AÇDI
Zukerberqi də Durovun taleyi gözləyir?


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi