Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48162
az

Röya Ayxanın vaksin vurdurmasına nazirlikdən reaksiya: “Tədbir görülməlidir”

19:1904 Fevral, 2021
2164
  • A

Son günlər sosial şəbəkədə tibb işçisi və risk qrupuna daxil olmayan şəxslərə koronavirusa qarşı peyvənd vurulması ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, xalq artisti Röya Ayxan şəxsi "Instagram” səhifəsində könüllü olaraq peyvənd olunduğunu bildirib. 

Bu kimi faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün mövzu ilə əlaqədar quruma sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, bu məsələdə məsuliyyət həmin klinikaların öz üzərinə düşür:

"Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür. Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa, bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aynur Dadaşova tanınmaz halda -FOTO
Kənan MM xəstəxanaya düşdü -FOTO
Xalq artistinə qarşı saxtakarlıq -FOTO

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı