Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48148
az

Xəstəxana Rəmişin durumu ilə bağlı açıqlama yayıb

15:3004 Fevral, 2021
1588
CƏMİYYƏT
  • A

Bakı Sağlamlıq Mərkəzi hazırda bu tibb müəssisəsində müalicə alan Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) vəziyyəti ilə bağlı məlumat yayıb.

Mərkəzdən  bildirilib ki, Xalq artistinin huşunda aydınlaşma müşahidə olunub:

"Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb.

O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olmuşdur.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilmişdir. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşmiş, huşunda aydınlaşma müşahidə olunmuşdur. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq, vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir", - xəstəxanadan bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəngəzur dəhlizinə bu tuneldən keçib gedəcəyik:Naxçıvanla Azərbaycanın əsas hissəsi birləşəcək
Safurə formada qalmağın SİRRİNİ AÇDI
Zukerberqi də Durovun taleyi gözləyir?


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi