Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48140
az

Erməni polkovnikin qulağına \"Poladın qısasını aldım!\" deyərək MƏHV ETDİ

13:0904 Fevral, 2021
2205
  • A

"Sənə Poladın qanını gətirdim!"
"Vətən müharibəsi"ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qərargah rəisinin müavini, Kapitan Elçin Ismayılovdur.

Sonxeber.az yaxınlarının dili ilə şəhidin kiçik həyat hekayəsini izləyicilərlə bölüşür:

"Elçin Ismayılov 30 May 1989-cu ildə Ucarda dünyaya göz açıb. O 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirib və Zabitlərin təkmilləşdirilmə kursuna daxil olub və oranı "Əla" nəticə ilə bitirib. Sonra N sayli hərbi hissəyə xidmətə yollanır. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırır. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib, və həmin 19 nəfərdən biri də Elçin idi.

Qəhrəman hərbçimiz 2015-ci ilin Fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə, 2016-cı ildə isə Talış kəndi istiqamətində gedən döyüşdə (Aprel döyüşlərində) fəal iştirak edib.
"Vətən müharibəsi" başlayanda Elçin də silahına sarılır.

İlk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edir. Daha sonra Cəbrayıl rayonunun işğaldan azad olunması üçün vuruşur. Cəbrayıl şəhəri azad ediləndən sonra Elçin ilk bayraq sancan oğullarımlzdan olur. Erməni ordusunun 23 zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbçisini və çox sayda döyüş texnikasını məhv edir. Erməni polkovnikinin qulağına ""Poladın qısasını aldım!" deyərək məhv edir.

Elçin Murovdağ, Cəbrayıl, Kəlbəcər və Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmanlıq göstərib. Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 Oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını, idarə etdiyi qrupu xilas edib, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Ucar rayon Şəhidlər Xiyabanında dəfn edilir.

Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunur.
Elçin ailəli idi. Ömər və Mübariz adında iki övladı bizə əmanət qaldı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Məkanın cənnət olsun, Cənab Kapitan. Elçin Ismayılov Azərbaycandır!"

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daşaltı şəhidi Sabir Mustafayev dəfn olundu
Şuşaya növbəti köç karvanı yola salınıb
Daha 2 şəhidin nəşi torpağa tapşırılıb - FOTO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi