Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48109
az

Prezidentin açıqlamalarından sonra kimlər cəzalanacaq? Deputatdan ŞOK

22:5803 Fevral, 2021
5886
SİYASƏT
  • A

Əmək və əhalinin sosial müdafiəsinin sabiq naziri Səlim Müslümovun istintaqa cəlb edilmə, hətta həbs xəbəri yayıldı. Sonradan atası bu xəbəri təkzib etdi. Lakin bir fakt təkzibolunmazdır: keçmiş nazir hüquq-mühafizə orqanları tərəfindən korrupsiya faktları ilə bağlı saxlanılıb və istintaqa aparıllb. Görünür, istintaq hərəkətindən sonra onu müvəqqəti azad ediblər...

Növbədə kimlər var? Bu proses nələrdən xəbər verir?

Prezident İlham Əliyevin "Şuşanı zəbt etmək istəyən məmurlar" açıqlamasından sonra həbs dalğası yuxarılarda da başlayacaqmı?

Prezident İlham Əliyev Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının başlıca prioritetlərini müəyyən edən proqram sənədini imzalayıb. Sənəd növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının başlıca prioritetlərini müəyyən edir. Cəmiyyət və siyasi qüvvələr bu proqram sənədindən nə gözləyir?

Hakimiyyət nədən qiymət arıtımını normal şəkildə izah edə, əhalini maarifləndirə, xalqı başa sala bilmir? Buna əsas mane olan səbəb nədir? Deyilsə ki, məsələn, suyun qiyməti filan səbəbə görə artırıldı, dərhal sosial şəbəkələrdə "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Qormaz Hüseynovun obyektlərinin, villalarının fotoları yayılır. Xalq da haqlı olaraq deyir ki, bu qədər varidatı olan adam niyə qiyməti qaldırıb, əhalinin sosial müdafiəsi zəif olan hissəsinin durumunu pisləşdirir. Bu durum oliqarxiyanın hakimiyyətdən uzaqlaşdırılmasını qaçılmaz edir.

Bu və gündəmdəki digər mövzuları bu gün deputat Razi Nurullayevlə müzakirə etdik. 

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz. 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Natanyahudan İran və "Hizbullah"a SƏRT XƏBƏRDARLIQ: "Bu, hekayənin sonu deyil"
Medvedev Makrona Fransadan qaçmağı tövsiyə etdi: "Onun ordusu gəlir"

Pezeşkianın Azərbaycanla bağlı açıqlaması GÜNDƏM OLDU -VİDEO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi