Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48102
az

“Əliyev Şuşaya gedir, Paşinyan Xankəndiyə...” - Ermənistan parlamentində gərgin anlar

21:5903 Fevral, 2021
2614
CƏMİYYƏT
  • A

Ermənistan parlamentinin növbədənkənar iclası heç də sakit keçmir. Yetərincə sərt çıxış edənlər var. “İşıqlı Ermənistan” partiyasından Taron Simonyan da həmin sıradadır. Müxalifətçi hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın ünvanına kəskin ifadələr işlədib.

Oxu24.com xəbər verir ki, Simonyan diqqəti bölgədə baş verənlərə çəkib. O, Paşinyan hakimiyyətini səriştəsiz addımlarda qınayıb.

“Belə təəssürat yaranır ki, sentyabrın 27-nə qədər məhz Ermənistan bölgədə iqtisadi, ticari əməkdaşlığa, inkişafa əngəl olurmuş. İndi mənim bir çox həmkarlarım, bu zalda olanlar da hesab edir ki, hər şey bitib, daha sülh, bölgədə yeni təhlükəsizlik sistemi, ticarət, iqtisadi əlaqələrin inkişafı haqda danışmaq olar. Halbuki Azərbaycan hələ də əməliyyatları davam etdirir”.

Ümumiyyətlə, Simonyan Azərbaycan, bizim ölkə hakimiyyəti barədə də sərt danışıb. Onun çıxışından belə qənaətə gəlmək olar ki, deputat məğlub olduqları qonşuya güvənməməyi tövsiyə edir.

“Gəlin indi onu müzakirə edək ki, Azərbaycanla necə ticarət əlaqələri quracağıq, yolları necə açacağıq. İrəli sürülən siyasətdə heç bir milli təəssübkeşlik görmürəm. Əməliyyatlardan sonra Ermənistan hökumətindən yalnız bir nümayəndə Qarabağda olub. Azərbaycan prezidenti Şuşaya gedir, Paşinyan isə Xankəndiyə səfərdən çəkinir. Bu müddətdə Ermənistan hökumətinin maliyyə dəstəyi ilə Qarabağda bir ev də inşa edilməyib”.

Taron Simonyanı narahat edən əsas məsələlərdən biri odur ki, Ermənistan hökuməti Qarabağda itirilən ərazilərin geri qaytarılması haqda danışmır. Müxalifətçi həmişə mətbuatda döyüşkən ovqatın yoxa çıxmasından gileylənir. Onun parlamentdəki çıxışı da bu əhvaldan uzağa getməyib.

Parlamentin iclası sona qədər gərgin keçib. Məhkəmə kodeksinə düzəlişlər qəbul olunub. Amma bu dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır. Belə addımlar hakimiyyətin alternativ fikri boğmaq planı kimi qiymətləndirilir. Simonyan “Panorama”ya deyib ki, hakimiyyətin bu qədər problem fonunda Məhkəmə kodeksinə dəyişiklik sevdasında olması təəccüb doğurur. “İşıqlı Ermənistan” partiyasının nümayəndəsi Ermənistan hökumətinin səmimi davranmadığını düşünür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb

Savaş böyüyür: Bu ölkənin ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Koronavirusun yeni növü yayılır -VİDEO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
YDM-də işçiyə saxta əskinas verən şəxs saxlanıldı