Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48100
az

“İrana hərbi müdaxilə etməliyik, yoxsa...” – Bölgədə təhlükəli durum

21:5403 Fevral, 2021
1996
DÜNYA
  • A

İsrailin infrastruktur naziri Tsaxi Haneqbi İranın nüvə proqramının təhlükəli bir həddə çatdığını deyib.

Teleqraf.com xəbər verir ki, nazir İranın təhlükəli addımlarına qarşı adekvat cavabın veriləcəyini bildirib.

Haneqbi İranın son günlərdə Natanz və Fordo nüvə müəssisələrində inkişaf etmiş yeni sentrifuqalar işə saldığını bildirib.

Onun sözlərinə görə, İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bu ölkəyə hərbi müdaxilə etməkdən başqa yolu qalmayıb: “İsrail üçün aydındır ki, ABŞ heç vaxt İran İslam Respublikasına qarşı hücuma keçməyəcək. Elə buna görə də hesab edirəm ki, biz artıq özümüz təkbaşına hərəkətə keçməliyik”.

Tsaxi Haneqbi qeyd edib ki, İsrail artıq İranın nüvə silahına yiyələnməsi ilə barışıb-barışmayacağı ilə bağlı qərar verməlidir:

“Hesab edirəm ki, İsrailin bu təhlükəni aradan qaldırmaq üçün təkbaşına hərəkətə keçməkdən başqa çıxış yolu olmayacaq. Ümid edirəm ki, İsrail rəhbərliyi nüvə silahına sahib olan bir İranı qəbul etməyəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amsterdamda Ukraynaya silah tədarükünə qarşı yürüş keçirilib
21 il sonra ilk: Ərdoğan nazirləri bu saraya topladı
Ukrayna yüzlərlə rusu əsir götürüb


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi