Son bir neçə gündə yollarda baş verən qəzalar nəticəsində 10 nəfər insan həyatını itirib. Baş verən hadisələrdə yenə əsas səbəb kimi sürücü məsuliyyətsizliyi ön plandadı. Baş verəcək hər hansısa bədbəxt hadisənin qarşısnı almaq üçün yol polisi nəzarət tədbirlərini gücləndirib. Nizami rayonunda keçirilən reyd zamanı da avtomobili sərxoş halda sürən və avtoxuliqanlıq edən bəzi sürücülər aşkarlanıb.
Kimisi hönkür -hönkür ağladı. Kimi isə çəkiliş qrupuna hücum etdi.
Görüntülər gecə Bakıda keçirilən reyddəndi. Polisə tabe olmayan sərxoş sürücü isə yol polisinə çətin anlar yaşatdı... içkili halda sükan arxasında əyləşən Sürücü Saaatda 158 km sürətlə hərəkət edir.
Yol boyu isə təhlükəli manevrlər edərək digər sürücülərin də həyatını təhlükəyə atır. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü baş verənləri xatırlamadığını desə də ,eyni əməli ikinci dəfə törətməyini boynuna alır.
Başqa bir sürücü isə Heydər Əliyev Propekti boyunca avtoxuliqanlıq hərəkətləri edərək yol boyu nəqliyyatın hərəkətinə ciddi problem yaradır.
Yol polisi tərəfindən saxlanılan sürücü isə çıxış yolunu çəkiliş qrupuna hücum etməkdə gördü.
Avtoxuliqanlıq hərəkətləri edən sürücü əvvəlcə yol polisi ilə razılaşmadıı. Sonra isə səhvini etiraf etdi.
Yol boyu təhlükəli hərəkətlər edərək sürət həddini dəfələrlə aşan başqa bir sürücü isə nə sərxoşdu, nə də sənədlərində hər hansısa çatışmazlıq var. Yol polisinə çətin anlar yaşadan sürücü tabesizlik göstərməsini qəribə səbəblə izah edir.
Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.(Xəzər TV)
Oxu24.com
ŞƏRHLƏR