Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4808
az

Elmar Vəliyevlə bağlı sensasion iddia

10:3128 Avqust, 2018
10841
SİYASƏT
  • A

Gəncənin sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyevin 2 yeni videosu yayılıb. İlk yayılan  videogörüntüdə Elmar Vəliyev masa arxasında əyləşərək sərbəst, kənar şəxsin köməyi olmadan nahar edir, televiziyada nümayiş olunan seriala baxır. Yerə tökülən qida qırıntılarını yığıb süfrənin bir kənarına qoyur.  Elmar Vəliyevin daha bir videosu “Medicalpark” klinikasının rəsmi səhifəsində yayımlanıb. Beyin-damar cərrahı Türker Kılıç bildirib ki, Elmar Vəliyev sağlamlığına tamamilə qovuşub. “Medikalpark” Türkiyədə tanınan, 26 xəstəxananı özündə birləşdirən şirkətdir. Elmar Vəliyevi müalicə etmiş, ayağa qaldırmış Türker Kılıç beyin-damar xəstəlikləri üzrə tibb aləmində tanınan isimlərdəndir. Yayılan videolardan sonra onun səhhəti ilə bağlı suallara demək olar ki, son qoyulub.

Hazırda isə açıq qalan sual Elmar Vəliyevin Gəncəyə icra başçısı olaraq görəvinə qayıdıb-qayıtmayacağı ilə bağlıdır. Elmar Vəliyevə qarşı törədilən qanlı aksiyadan sonra belə fikirlər dolaşır ki, icra başçısının iş yeri dəyişdiriləcək. Elmar Vəliyevin vəzifədə böyüdülməsi, Bakı Şəhər İcra Hakimiyyətinə başçı gətirilməsi haqda da iddialar dolaşmağa başlayıb. Daha əvvəllər də belə xəbərlər dövriyyəyə buraxılmışdı.

İndi yayılan iddia isə bundan ibarətdir ki, Elmar Vəliyev bir müddət Gəncə İcra Hakimiyyətinin başçısı vəzifəsində qalacaq.

Ümumilikdə isə Elmar Vəliyevin Bakı meri vəzifəsinə gətiriləcəyi haqda məlumatlar yeni deyil. Bu ilin aprelində  Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılarkən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu vakant vəzifəyə çevirilib. Uzun illər BŞİH rəhbəri olan Hacıbala Abutalıbov baş nazirin müavini postuna təyin olunub.


Həmin vaxtdan BŞİH-ə rəhbər təyinatı gerçəkləşdirilməyib. Bu il iyulun 16-da Səbayel rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov vəzifəsindən azad edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini postuna təyin olunub. Eldar Əzizov 2003-2011-ci illərdə Gəncə İcra Hakimiyyətinin başçısı olub. 2011-ci ildə Sumqayıta başçı göndərilmişdi. 4 il orada çalışandan sonra isə Bakının mərkəzi rayonuna - Səbayelə icra başçısı təyin edilmişdi.


8 il Gəncə İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizovun təyinatı onu deməyə əsas verir ki, Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər vəzifəyə kadrlar ölkənin 2-ci böyük şəhərinə rəhbərlik etmiş məmurların arasından seçilir. Bu baxımdan Elmar Vəliyevin hazırda vakant olan Bakı Şəhər İcra Hakimiyətinə başçı gətiriləcəyi inandırıcı görünür.  Yevlax Şəhər Sovetinin deputatı kimi karyerasına başlayan Elmar Vəliyev Dövlət Gömrük Komitəsində rəis müavini, Yevlax şəhər icra hakimiyyətinin başçısı olub.

2011-ci ildən Gəncə şəhər icra hakimiyyətinin başçısıdır. Məlum olaydan sonra hakimiyyətin onu Gəncədə uzun zaman başçı olaraq saxlaması ehtimalı da böyük deyil

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu