Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48049
az

Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan İCLAS ÇAĞIRDI

08:2003 Fevral, 2021
3787
DÜNYA
  • A
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında sədrlik edib. Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. “Görüş zamanı Ermənistan və Qarabağ ətrafındakı vəziyyət, humanitar problemlər və təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib”, - açıqlamada qeyd olunub. İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib. Qeyd edək ki, iclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil. /Teleqraf Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi