Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48031
az

Bakıda şok əməliyyat: Oğurluğa gedən ana-bala tutuldu - VİDEO

22:3502 Fevral, 2021
3536
KRİMİNAL
  • A

Nardaranda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qəsəbədə yerləşən bağ evlərindən birindən oğurluq edən, əvvəllər də məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub. 

Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurlayaraq ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu məlum olub. Saxlanılan şəxsin üzərindən 7 qrama yaxın marixuana da aşkar edilib. Onun oğurladığı məişət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub.

Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəsimidə 1 nəfər intihara cəhd etdi
Narkokuryerlikdə şübhəli bilinən qadın saxlanıldı
Şəmkirdə narkokuryer tutuldu - FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi