Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4803
az

Gürcüstana gedənlərə şad xəbər: Sentyabrdan...

23:4127 Avqust, 2018
1173
CƏMİYYƏT
  • A
 Qırmızı Körpü sərhəd-keçid məntəqəsində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi bu ilin sentyabrında istifadəyə veriləcək
Oxu24.com bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə avqustun 27-də Tovuz rayonunda "Bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesi" mövzusunda seminarın açılış mərasimində deyilib. Seminar Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Tədbir "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində təşkil olunub.
Seminarda layihə rəhbəri Məzahir Əfəndiyev Dövlət Gömrük Komitəsinin gömrük xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara verdiyi töhfənin və layihənin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, layihə çərçivəsində Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək.
Qeyd edildi ki, sözügedən Mərkəz və laboratoriya, eləcə də hər iki ölkənin gömrük işçiləri üçün davamlı olaraq keçirilən bu cür təlimlər regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək.
Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin nailiyyətlərinə toxunub, həmçinin Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rolunu qeyd edib.
C.Qasımov Azərbaycanda son illər mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı sanitar, fitosanitar və baytarlıq nəzarəti istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. Bu sahənin inkişafına və xüsusilə ölkənin ixrac potensialının artırılmasına gömrük orqanlarının da töhfə verdiyini diqqətə çatdıran C.Qasımov gömrük rəsmiləşdirilməsi proseslərinin asanlaşdırılması və sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını deyib.
Seminarı beynəlxalq ekspert, Latviyanın Qida və Baytarlıq Xidməti Sərhəd Nəzarəti Departamentinin fitosanitariya üzrə direktor müavini Kristina Romanova aparır. Təlimdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsinin bitki-karantin xidmətinin, Gürcüstan Gəlirlər Xidmətinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsi və Beynəlxalq əlaqələr şöbəsinin sərhəddə sanitar-fitosanitar nəzarəti bölməsinin müfəttişləri iştirak edir.
Avqustun 29-dək davam edəcək təlimdə iştirakçılar bitki sağlamlığına dair beynəlxalq standartlar, müqavilələr və Avropa İttifaqının (Aİ) hüquqi aktları, fitosanitar sertifikatlaşdırılmasının tələbləri, bitki və bitki məhsullarının ixracına nəzarət və bu kimi məhsulların sertifikatlaşdırılması, idxal olunan yüklər üzrə fitosanitar tələblərin pozulması halları ilə bağlı Aİ təcrübəsi, taxta və taxta qablaşdırma materiallarının yoxlanılması və digər mövzularda bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanacaq.
Xatırladaq ki, "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində indiyədək Qırmızı Körpü sərhəd-keçid məntəqəsində digər tədbirlərlə yanaşı, sanitar, fitosanitar və baytarlıq nəzarəti, həmçinin bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesinin təkmilləşdirilməsi məqsədilə Avropa və yerli ekspertlər tərəfindən gömrük əməkdaşları üçün bir sıra milli və beynəlxalq təlimlər keçirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu