Ermənistanın Qafan şəhəri ilə Azərbaycanla sərhəddə yerləşən kəndləri birləşdirən yol kənarında quraşdırılan "Azərbaycana xoş gəlmisiniz" lövhəsi ermənilər arasında qorxu və təşviş yaradıb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, lövhənin şəklini Ermənistanın ombudsmanı Arman Tatoyan öz "Facebook" səhifəsində paylaşıb.
O bildirib ki, son zamanlar yerli sakinlərdən bununla bağlı çoxlu sayda zənglər daxil olub. Onlar hər gün Azərbaycanın dövlət rəmzlərini görməyə məcbur olduğunu deyib.
Oxu24.com
ŞƏRHLƏR