Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47988
az

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Ata-oğul evdə qıza təcavüz etdilər

13:5102 Fevral, 2021
5251
18+
  • A

Bakının Binəqədi rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Ceyhun Cümşüdovun məhkəməsi başa çatıb.

Oxu24.com  teleqraf.com-a istinadən bildirir ki, Ceyhun Cümşüdov 2006-cı il təvəllüdlü qızı Samirənin (ad şərti verilib - red.) aktiv müqavimət göstərmək imkanından məhrum olmaqla köməksiz vəziyyətindən istifadə edib, zor tətbiq etməklə və hədələməklə ilk dəfə 2016-cı ilin yanvar ayının ortalarında birlikdə yaşadıqları Göygöl rayonu, Üçtəpə kəndindəki evində ona seksual xarakterli hərəkətlər edib.

O, qızını kiməsə deyərsə vəziyyətinin pis olacağı və onu peşman edəcəyi ilə hədələyib, həmin hərəkətlərini yanvar ayının sonlarına kimi mütəmadi davam etdirib.

Ceyhun Cümşüdov 2016-cı ilin yanvar ayının sonlarından 2019-cu ilin may ayınadək olan müddətdə birlikdə yaşadıqları Göygöl rayonu Üçtəpə kəndindəki evdə, 2019-cu ilin may-sentyabr ayları ərzində kirayədə qaldıqları Maştağa qəsəbəsində, 2019-cu ilin sentyabr ayından 2020-ci il tarixədək olan müddətdə isə yenə kirayədə yaşadıqları Binəqədi qəsəbəsində qızı ilə cinsi əlaqədə olub.

"Arvadım xərçəngdən vəfat etdi"

İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Cümşüdov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O qeyd edib ki, 1997-ci ildə əslən Salyan rayonu, Qızılağac kəndindən olan Səmayə (ad şərti verilib - red.) ilə ailə həyatı qurub: "Həmin nikahdan Yasim adlı oğlum, Samirə adlı qızım anadan oldu. Gah fəhləliklə məşğul olmuşam, gah da avtoyuma məntəqəsində yuyucu işləmişəm. Göygöl rayonu, Üçtəpə kəndində özümə məxsus evim olub.

Arvadım 2015-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etdi. Buna görə həmin vaxtdan etibarən uşaqlarıma özüm təklikdə baxdım, uşaqlarımın hər cür qayğısına qalmışam. Uşaqlarımın hər ikisi də təbiətcə sakit olub".

"Mənim çarpayımda yatmağı məsləhət gördüm"

Ceyhun Cümşüdovun ifadəsinə görə, qızının 13 yaşı, oğlu Yasimin isə 20 yaşı var: "Oğlum hərbi xidmətini başa vuraraq Göygöldəki evimizə qayıtdı. Həmin gün oğlum Yasim üçün öz evimdə qohum-əqrəbanın iştirakı ilə qonaqlıq verdim.

Göygöldəki yaşadığımız ev 3 otaqdan ibarət olub. Otaqlardan birinə əşyalarımızı yığmışıq, digər ikisindən isə yataq otağı kimi istifadə etmişik. Yeməyi aynabənddə yemişik.

Otaqların hər birində iki çarpayı olsa da, yataq otaqlarından birindəki çarpayının birinin üzərinə əşya yığmışıq. Qızım əşyaları yığdığım otaqda tək çarpayı boş olmasına görə əvvəllər həmin çarpayıda yatıb, mən isə digər otaqda yatmışam.

Arvadım rəhmətə getdikdən sonra qızım tək yatmaqdan qorxduğundan mənim çarpayımda birlikdə yatmağı məsləhət görmüşəm".

"Oğlum küçələrdə qalırdı"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qızı həmin vaxtdan sonra onunla birlikdə yatmağa başlayıb: "Yataq otaqlarının ikisinin də sahəsi eyni olsa da, yataq otaqlarından birinə elektrik plitkası qoyduğuma görə ora isti olub. Adətən qızm da həmin isti otaqda yatıb.

Arvadımın ölümündən sonra qorxmasın deyə, qızımın mənim çarpayımda yatmasını istəmişəm. 2019-cu ilin aprel ayının 10-da oğlum Yasim Bakıda yaşayan əsgər yoldaşı Xəyalın yanına gələrək şirkətdə işə düzələcəyini bildirdi.

Xəyal Maştağada yaşadığına görə oğlum da Bakıya gəldikdən sonra 1 ay onların evində qaldı. Sonra oğlum Xəyalın maşınını sürərək qəza törətdiyinə görə Xəyalın anası Dilşad Yasimi evdən qovdu. Bundan sonra oğlum küçələrdə yatdı".

Ceyhun Cümşüdovun sözlərinə görə, oğlunun küçələrdə gecələməsini Xəyalın atası Qalib 2019-cu ilin may ayında zəng edərək ona məlumat verib: "Yasimin küçələrdə qaldığını dedi, Bakıya gələrək oğluma sahib çıxmağımı istədi.

Həmçinin Xəyalın atası Qalib mənə iş tapacağını, işlədikdən sonra isə oğlum Yasimin onun maşını ilə qəza törədərək onlara maddi ziyan vurmasına görə 600 manat borclarını qaytarmağımı bildirdi. Mən də may ayının 30-da Bakı şəhərinə gəldim. İyunun 3-də "AŞ İnşaat"da işə girdim və orada elektrik kimi işləməyə başladım".

"300 manat verdi ki, borcumu ödəyim"

Ceyhun Cümşüdov bildirib ki, həmin şirkətdə 3 ay işlədikdən sonra işi zəif olmasına və maaşını azaltmalarına görə işdən çıxıb: "Həmin vaxt Maştağada kirayədə yaşadım. İşdən çıxdıqdan sonra təxminən 3 il əvvəl Göygöldəki satışa qoyduğum evimə görə tanımadığım mobil nömrədən mənə zəng gəldi və həmin şəxs makler olduğunu, evimə alıcı tapdığını bildirdi. Həmin şəxsə evimi 60 min manata dedim. O da mənə Azər adlı alqı-satqısıyla məşğul olan bir nəfərin evimi almaq istədiyini söylədi.

Azər mənə Binəqədi rayonunda ev tikdirəcəyini, əlavə olaraq 4 min manat pul verəcəyini, əvəzində mənim Göygöldəki evimi adına keçirəcəyini dedi. Azərə Maştağada kirayədə qaldığım evə 300 manat borcum olduğunu bildirdim. Azər də mənə 300 manat pul verdi ki, borcumu ödəyim".

"Yasim avara uşaqlara qoşulmuşdu..."

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Azər ona "sənə Binəqədidə tikdirdiyim ev hazır olanadək gəl, Binəqədidə kirayədə qal, mən də sənin pulunu özüm verəcəyəm" deyib:

"2019-cu ilin sentyabr ayının 10-da Binəqədi qəsəbəsinə köçdüm. Ev sahibinin adını yadıma sala bilmirəm. Həmin evdə 200 manata kirayədə qalmışıq.

Oğlum Yasim də mənimlə birlikdə həmin evdə kirayədə qalıb. Hər ikimiz "DSK" yolunda yerləşən Elşən və Fərman qardaşlarına aid "555" adlı avtoyuma məntəqəsində maşın yuyan işləmişik. Oğlum Yasim gah mənim sözümə qulaq asıb, gah da nadinclik edib. Bəzən oğlumu danlamışam. Çünki Yasim avara uşaqlara qoşulub, evə gecə saat 1-2 radələrində gəlirdi".

"Qızıma qayğı göstərmişəm"

Ceyhun Cümşüdov qeyd edib ki, qızı ilə aralarında heç vaxt hər hansı bir narazılığı, dava-dalaşı olmayıb: "Lakin bəzən qızım evi təmizləmədiyinə, qabları yumadığına, yemək bişirmədiyinə görə danlamışam. Qızıma qarşı heç vaxt heç bir qanunsuz və əxlaqsız hərəkətə yol verməmişəm.

Qızımın üzündən-gözündən öpüb, onun əziyyətini çəkmişəm, ona həmişə qayğı göstərmişəm. Hətta arvadım öldükdən sonra qızımı təxminən 12 yaşınadək özüm çimizdirmişəm, alt paltarlarını, bütün digər paltarlarını yumuşam, ona yemək bişirmişəm".

"Evimizdə işıqlar sönən gecə..."

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samirə bildirib ki, anasının vəfatından sonra qorxduğu üçün atası Ceyhun ona birlikdə yatmağı bildirib: "Həmin müddətdə evimizin işığında qəza olduğuna görə bir həftəlik yanmadığından atamın çarpayısında ikimiz birlikdə yatdıq.

Atamla yatdığım gün əvvəlcə mənim dodaqlarımdan öpdü. Ona məni öpməməsini dedim. Atam "nə olar ki, mən sənin atan deyiləm?" dedi. Çarpayıda birlikdə yatdıq. Sonrakı vaxtlarda atam bəzən onunla birlikdə yatmağımı istəyib, bəzən isə özüm qorxduğuma görə atamın çarpayısına gedərək birlikdə yatmışam.

Anamın öldüyü gündən təxminən bir ay sonra, yəni 2016-cı ilin yanvar ayının sonlarında evdə çarpayıda yatdığım vaxt gecə saat təxminən 1-2 radələrində üstümdə ağırlıq hiss etdim. Yuxudan oyandıqda atam Ceyhunun üstümdə uzandığını gördüm. Ona "neynirsən?" dedikdə, atam mənə heç nə etmədiyini bildirdi. Mənimlə qabaqdan cinsi əlaqədə oldu".

Samirənin ifadəsinə görə, atası Ceyhun onunla cinsi əlaqədə olarkən özündə ağrılar hiss edib: "Etiraz edərək onu üstümdən itələsəm də, gücüm çatmayıb. Atam etirazıma əhəmiyyət verməyib, mənimlə cinsi əlaqədə olub. Bundan sonrakı günlərdə də atam dəfələrlə, demək olar ki, hər gün mənimlə cinsi əlaqədə olub. Lakin bu barədə qardaşım Yasimə deməmişəm. Səbəb bu olub ki, birdən qardaşım atamı öldürər.

Anam öldükdən sonra Göygöldə yaşadığımız vaxt gah atamın üzdən tanıdığım dostları, gah da qardaşımın dostları bizim evimə gəlib-gedib. Atam öz dostları ilə birlikdə evdə spirtli içki içiblər. Qardaşım Yasim isə dostları ilə birlikdə evdə çay içib, söhbət edib, daha sonra çıxıb gediblər".

"Atam Eminin məni öpmək istədiyini görəndə..."

Samirə qeyd edib ki, atasının Emin adlı Göygöl rayonunda yaşayan dostu da iki dəfə ondan xoşunun gəldiyini ona deyib: "Mən də Eminə acıqlı cavab vermişım. Lakin Emin mənə qarşı heç bir əxlaqsız hərəkət etməyib. Hətta atam da Eminin məni öpmək istədiyini görüb, onunla aralarında narazılıqları olub.

Bundan başqa, atamın Göygöldəki Rəhman adlı dostu da təxminən 2-3 ay bundan əvvəl atamın telefonuna zəng edən zaman mən cavab vermişəm. Həmin vaxt Rəhman atamı soruşub, həmçinin məndən xoşlandığını deyib".

"Qardaşım əsgərlikdən gələndən sonra..."

Zərərçəkmiş ifadəsində göstərib ki, qardaşı Yasim əsgərlikdən gəldiyi gün Göygöldəki evlərində olduqları vaxt gecə saat 1-2 radələrində atası ona və qardaşı Yasimə "siz gedin isti otaqda yatın" deyib: "Mən və qardaşım Yasim həmin gün isti otaqdakı çarpayıda birlikdə yatdıq.

Həmin vaxt qardaşım mənim tursikimi aşağı çəkdi, qeyri-təbii yolla mənimlə intim əlaqədə oldu. Yasim mənimlə intim əlaqədə olduqdan sonra tualetə gedib-gəldi, yenidən mənimlə birlikdə yatdı".

"Dedi, həmin günü nəşə çəkiblər"

Zərərçəkmişin ifadəsinə görə, qardaşı Yasim onunla birlikdə Binəqədi qəsəbəsində olan evdə kirayədə yaşadıqları vaxt cinsi əlaqədə olub: "Həmin günü bizə qardaşmla birlikdə gəlmiş Eşqin mənə dedi ki, onlar həmin günü nəşə çəkiblər. Sonuncu dəfə qardaşım Yasim mənimlə gecə saatlarında yenə də arxadan cinsi əlaqədə oldu.

Həmin vaxt atam evdə olub yatsa da, qorxduğum üçün qışqırmamışam. Yasimin mənimlə cinsi əlaqədə olması barədə heç kimə heç nə deməmişəm".

"Hər şeyi psixoloqa danışdım"

Zərərçəkmiş qeyd edib ki, 2019-cu il tarixdə atası Ceyhun və qardaşı Yasim Binəqədi qəsəbəsindəki hazırda kirayədə yaşadıqları evə gəliblər: "Həmin evə gəldikdən sonra da atam mənimlə cinsi əlaqədə olmaqda davam etdi.

Atam və qardaşımın mənimlə intim münasibətdə olmaları barədə "Məktəblinin dostu" layihəsinin psixoloquna, bundan da əvvəl qardaşım Yasimin dostu, Xəyalın anası Dilşad xalaya demişəm.

Dilşad da atamın və qardaşımın mənimlə intim münasibətdə olmalarını psixoloq Günel xanıma deməyimi məsləhət bildi. Mən də hər şeyi müəlliməyə danışdım, eləcə də bu barədə qonşum və rəfiqəm İmarətə də dedim.

Həm atam, həm də qardaşım mənimlə cinsi əlaqədə olduqdan sonra dərhal tez yerindən qalxaraq ayaqyoluna qaçıblar".

"Nə atama, nə də qardaşıma gücü çatırdı"

Samirənin sözlərinə görə, atası Ceyhunun ona etdiyi əxlaqsız hərəkətləri qardaşına, qardaşının da ona etdiyi əxlaqsız hərəkətlərini atasına danışmayıb: "Səbəb isə onların arasında dava-dalaş düşməsindən, bir-birlərini öldürmələrindən qorxmağım olub. Heç vaxt nə atama, nə də qardaşıma mənimlə cinsi əlaqədə olmalarına razılıq verməmişəm.

Atama etiraz edəndə isə mənə zorakılıq göstərib, kiməsə bu barədə dediyim təqdirdə məni peşman edəcəyini bildirib, zorla mənimlə cinsi əlaqədə olub. Atamdan qorxduğum üçün heç kimə bu barədə heç nə deməmişəm. Qardaşım Yasim isə atamdan güclü olduğu üçün ona da gücüm çatmayıb. Nə atama, nə də qardaşıma gücüm çatıb.

Atam və qardaşımdan başqa, nə Emin, nə Rəhman, nə Eşqin, nə də hər hansı digər şəxs mənimlə heç bir formada cinsi əlaqədə olmayıb.

Atamın narkomanların kiminsə başıma pis oyun açması barədə dedikləri yalandır. Heç vaxt belə bir hadisə baş verməyib".

"Anam üçün darıxdığından gileylənirdi"

Bu cinayət işi üzrə şahid qismində dindirilən Yasim Cümşüdzadə bildirib ki, anası 2015-ci il tarixdə xərçəng xəstəliyindən vəfat edib: "Anam rəhmətə gedənədək ailəmlə Göygöl rayonu, Üçtəpə kəndində yaşamışıq. Atam Göygöl rayonunda olarkən elektrik qismində fərdi qaydada işləyib, anası isə evdar qadın olub.

Bacım 2012-ci ildə Göygöl rayonu, Üçtəpə kənd orta məktəbində orta təhsil almağa başlayıb. Anamın sağlığında ailəmizdə münasibətlərimiz yaxşı olub, həmçinin atamla bacımın münasibətləri də yaxşı olub.

2017-ci il tarixdə hərbi xidmətə getmişəm, 2019-cu il tarixdə hərbi xidmətdən qayıtmışam. Hərbi xidmətdə olan zaman həftədə bir dəfə bacımla telefon vasitəsilə əlaqə saxlamışam. Bacım mənimlə telefon danışığı zamanı hər hansı probleminin olması barədə heç nə deməyib, ümumi mövzulardan danışmışıq, hərdən anam üçün darıxdığından gileylənib".

Yasim Cümşüdzadə qeyd edib ki, bacısı ilə ümumiyyətlə səmimi olub: "2019-cu ildə Bakı şəhərinə işləmək məqsədilə gəlmişəm. 2 ay əsgər yoldaşım Xəyalın və ailəmin yaşadığı Maştağa-Buzovna qovşağı deyilən yerdə yerləşən evdə yaşamışam.

Daha sonra atam da Bakı şəhərinə köçmək qərarına gəlib, Buzovna qəsəbəsində Xəyalgilin yaşadığı evə yaxın kirayə ev götürmüşük. Atam bacımla birlikdə Bakı şəhərinə gəldi, üçümüz birlikdə həmin evdə yaşamağa başladıq. Həmin evdə bir yataq otağı olub, sahəsi kiçik olub.

Bacım və atam yanaşı qoşa çarpayıda yatıblar. Mən isə atamdan və bacımdan bir az uzaqda tək çarpayıda yatmışam. 2019-cu il tarixdə Binəqədi qəsəbəsinə köçüb, orada yaşamağa başlamışıq".

"Bacıma əxlaqsız hərəkət etməmişəm"

Yasim Cümzüdzadənin sözlərinə görə, bacısı ilə arasında bir dəfə narazılıq olub: "Bacım dostum Eşqini sevməsini mənə deməsinə görə aramızda narazılıq yarandı. Bundan başqa, aramızda heç bir narazılıq olmayıb. Bacıma qarşı heç vaxt heç bir əxlaqsız hərəkətə yol verməmişəm".

Yasim Cümzüdzadənin sözlərinə görə, atasının Samirə ilə cinsi əlaqədə olması barədə bacısının dediklərinin yalan və ya doğru olmasını bilmir: "Ola bilsin, atam bacıma qarşı hər hansı əxlaqsızlıq edib, lakin bacım mənə bu barədə deməyib. Özüm onunla heç vaxt intim münasibətdə olmamışam".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.

Ceyhun Cümşüdov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Yasım Cümşüdzadənin bacısına qarşı seksual xarakterli hərəkətlər etməsi ittihamı ilə hüquq-mühafizə orqanlarında istintaq aparılır.

Onunn barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham elan edilib.

Sonuncu dəfə Yasim Cümşüdzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə Binəqədi rayon Məhkəməsində ötən ilin noyabrın 7-də baxılıb.

Hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub, seçilmiş həbs qətimkan təbdinin müddəti 3 aya qədər uzadılıb.

Cinayət işi ayrıca icraatda davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Tısbağanın başından görün nələr çıxdı— ŞOK VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Polis 3,2 kq-dan artıq      narkotik             aşkarlayıb